Vladimir Putin
03 may 2022 19:00 (UTC +04:00)

Vladimir Putin

"Qərb kömək edə bilərdi" - Putin Makrona gileyləndi

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Lent.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib: 

“Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi”.

Rusiya-Ukrayna danışıqları barədə danışan Putin diqqətə çatdırıb ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.

O, əlavə edib ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256

Oxşar yazılar