Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı
15 yanvar 2022 19:38 (UTC +04:00)

Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

 

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iştişaşlar nəticəsində 225 nəfə ölüb.

"Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb", - S. Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.

# 3717
avatar

Oxşar yazılar