Qadın bir aya iki dəfə doğdu  - İnanılmaz OLAY
03 aprel 2024 12:54 (UTC +04:00)

Qadın bir aya iki dəfə doğdu - İnanılmaz OLAY

Britaniyalı qadın demək olar ki, bir ay fərqlə əkiz oğulları dünyaya gətirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 22 yaşlı Kayli Doyl 2020-ci ilin oktyabrında əkizlərə hamilə qalıb. Qadın sağlamlığını yaxından izləyib və 22-ci həftəyə qədər hamiləlik normal davam edib, bütün şəkillər və testlər qaydasında olub.

Doyl xatırlayır: “Mən əkizlərin olması ilə bağlı bütün risklərdən xəbərdar idim. Hətta fəsadlardan çox qorxduğum üçün həkimə şəxsi ziyarətlər üçün pul ödədim. 22-ci həftədə mən sadəcə yataqda uzanırdım, birdən həyatımın ən pis ağrısını yaşadım. Nə baş verdiyini başa düşmədim, tualetə getdim və suyum çıxdı”.

Qadın dərhal xəstəxanaya gedib, həkimlər onu 5 gün nəzarətdə saxlayıblar. 20 mart 2021-ci ildə Arlo dünyaya gəlib, lakin körpə ölü doğulub. Həkimlər səbəbin plasentada əmələ gələn qan laxtalanması olduğunu irəli sürüblər. Onlar inanıblar ki, ikinci oğlan da bir neçə saat ərzində dünyaya gələcək və qardaşı kimi öləcək.

İkinci əkiz doğulmazdan əvvəl sancılar dayanıb və Doyl evə göndərilib. Qadın şok vəziyyətində olsa da, başqa bir mütəxəssis və yeni klinika tapıb. Üç həftə ərzində hər gün yeni bir həkimə gedib. Doyl kimi həkim də baş verənlərə inana bilməyib.

22 gündən sonra Doyl qeysəriyyə əməliyyatı keçirib və onun ikinci övladı Astro dünyaya gəlib. Vaxtından əvvəl doğulduğuna görə, böyrəklərində və ürəyində problemlər yaransa da, o, sağ qalıb.

Astro artıq iki yaşındadır. Doyl deyib ki, ikinci dəfə doğuşdan sonra bir oğlu böyütmək asan deyil. Bununla belə, o, təcrübəsindən başqalarının xeyrinə istifadə etmək qərarına gəlib və neonatal reanimasiya şöbəsində könüllü kimi təlim keçib. Təlim bir il davam edir və kursa yalnız vaxtından əvvəl doğulmuş uşaqları dünyaya gətirmək təcrübəsi olan analar qəbul olunur. İndi o, oxşar problemlərlə üzləşən digər qadınlara kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3684
avatar

Oxşar yazılar