Putin Moskva yaxınlığında  “Çar kəndi”   tikib – İDDİA
05 iyun 2023 00:14 (UTC +04:00)

Putin Moskva yaxınlığında “Çar kəndi” tikib – İDDİA

Rusiya prezidenti Vladimir Putin özü və yaxınları üçün yeni “Çar kəndi” – Moskva vilayətində yerləşən Novo-Oqaryovodakı rəsmi iqamətgahı ətrafında torpaq mülkiyyətləri konqlomeratı tikib.
 
Lent.az bildirir ki, bu barədə özünü müstəqil kimi təqdim edən “Layihə”nin rus nəşrinin araşdırmasında deyilir.

Kremlin rəhbəri Novo-Oqaryovo malikanəsində yaşayır və işləyir - hətta ömrünün sonuna qədər onu özü üçün təmin edib. Bu yerdə sözün əsl mənasında hər şey təchiz edilib - hovuz, hamam, müxtəlif vannalar və idman zalı və 2015-ci ildə hətta iqamətgaha gizli dəmir yolu xətti də çəkilib.

Novo-Oqaryovo ətrafındakı torpaqlar xarici ofşor şirkətlər vasitəsilə alınıb, sonra onların qızları Mariya və Yekaterinaya verilib. Onun anası, Putinin keçmiş həyat yoldaşı Lyudmila da yeni əri Artur Oçeretnı ilə birlikdə kiçik qızının yanında məskunlaşıb.

Toydan sonra kiçik Yekatirinanın əraziləri əri Kirill Şamalova verilib. Şamalov 2012-2016-cı illərdə Putinin kiçik qızı Yekaterina Tixonova ilə münasibətdə olub.

2016-cı ildə Kiril və Yekatirina arasında münasibətlər pisləşməyə başlayıb və onlar tezliklə boşanıblar. Bu cütlük üçün boşanma prosesi sadə olub - keçmiş ər istisnasız olaraq “Çar kəndi”ndəki bütün əmlakından xilas olub. Şamalova 2,3 milyard rubl ödənilib ki, bu da aktivlərin bazar dəyərindən xeyli azdır.

Qeyd edək ki, mayın 30-da Putin üçün ən vacib yer Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalma riski ilə üzləşib. Onlardan biri prezident iqamətgahından dörd kilometr aralıda vurulub.
 
 

# 1473
avatar

Oxşar yazılar