Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya qarşı sanksiyalar tətbiq edir.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, Ukraynadakı hərbi əməliyyatla əlaqədar adıçəkilən dövlət rəsmiləri və daha 100 nəfərin ölkəyə girişi qadağan ediləcək.