Porno aktrisa, prodüser və televiziya aparıcısı Cessi Ceyn və onun sevgilisi Brett Hasenmueller ABŞ-ın Oklahoma ştatının Mun şəhərindəki evlərində ölü tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının Brettin işəgötürəninin narahatlığına cavab verdiyi deyilir. İşəgötürən bir neçə gündür ki, Hasenmüllerdən xəbər olmamasından narahat olub.
İlkin məlumata görə, cütlüyün ölümünə səbəb həddindən artıq doza olub.
Cessi bu sahədə karyerasına 2002-ci ildə başlayıb. O, Playboy TV-də veriliş aparıb, sənayenin mükafatlandırma mərasimlərinə ev sahibliyi edib və intim məhsulların reklamında işləyib.