İspaniyada 60 min litrlik şərab yerə tökülüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İspaniyanın Ribera del Duero bölgəsində baş verib.
“Cepa 21” şirkətinin yaydığı təhlükəsizlik görüntülərində üzü bağlı bir adamın şərab çənləri arasında hərəkət etməsi, onların kranlarını açması və şərabın yerə tökülməsinə səbəb olduğu göstərilir.
Qırmızı şərabın təxminən 2,5 milyon avro dəyərində olduğu bildirilir.
Hadisə ilə bağlı şərab zavodu polisə müraciət edib və xidməti araşdırma başlayıb.