Məşqçi “sağlamlıq üçün 10 min addım” mifini ALT-ÜST ETDİ
25 may 2022 19:29 (UTC +04:00)

Məşqçi “sağlamlıq üçün 10 min addım” mifini ALT-ÜST ETDİ

“Sağlamlığı qorumaq üçün hər gün 10 min addım yerimək heç də düzgün yanaşma deyil”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu fitnes məşqçi-mütəxəssis Rob Artur deyib.

O, mifə çevrilmiş bu kimi nəzəriyyələrin yanlış olduğunu iddia edib:

“Gəzinti fiziki fəaliyyətin ən yaxşı və eyni zamanda sərfəli növlərindən biridir. Bunun müsbət təsirini hiss etmək üçün gündə cəmi 20 dəqiqə gəzmək kifayətdir. Cəmi 20-25 dəqiqə gəzinti yuxumuza da müsbət təsir edəcək. Araşdırmalar göstərir ki, hər gün ən azı 20 dəqiqə gəzsək, ani ölüm riskini azaldacağıq və enerji artımı hiss edəcəyik”.

Məşqçinin sözlərinə görə, elektron qurğunun reklamı üçün icad edilən alətlər üzərində gündəlik 10 min addım sayına ehtiyac yoxdur:

“10 min addımdan sonra yeriməkdən əldə edilən kalori daha tez azalmağa başlayır. Bu o deməkdir ki, ümumilikdə orqanizmin gücü zəifləyir, sağlamlığa mənfi təsir göstərir”.

Məşqçinin də dediyi kimi, gündə 10 min addım fikrinin bir az bəsitə doğru gedən və ya elmilikdən daha çox ticari bir fikir olduğunu düşünənlər var.

Əslində gündə 10 min addım fikri 1960-cı illərdə Yaponiyada ortaya çıxıb. O illərdə Yaponiyada “manpokei” adlı bir addım sayan cihaz istehsalçısı vardı. “Manpokei” digər dillərə “10 min addım metr” olaraq çevrildi. Burada 10 min sayı idman üçün qızıl rəqəm anlamında yox, tamaməm Yaponiya mədəniyyətində yüksək bir rəqəm olduğu üçün seçilib.

# 1785
avatar

Rəsul SARI

Oxşar yazılar