Məmurlar və hərbçilər   “vətənə xəyanətə” görə edam edilə bilər
07 dekabr 2022 16:05 (UTC +04:00)

Məmurlar və hərbçilər “vətənə xəyanətə” görə edam edilə bilər

Belarus hakimiyyəti “dövlətə xəyanət”ə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq etməyi planlaşdırır. 

Lent.az Belarus mediasına istinadla bildirir ki, bu barədə ölkə parlamentinin Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

Belarus deputatları cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər. O, Belarus Cinayət Məcəlləsinin 356-cı maddəsinin 2-ci hissəsinin sanksiyasına dəyişiklikləri nəzərdə tutur.

İndi hökumət rəsmilərini və hərbçiləri “dövlətə xəyanətə görə” ölüm hokum təhlükəsi gözləyir.

Qanunvericiliyin sərtləşdirilməsində məqsəd “dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirməkdir”.

Qanun layihəsində həmçinin Belarus ordusunu nüfuzdan salan “bilərəkdən yalan məlumatların” yayılmasına görə məsuliyyətin tətbiqi təklif edilir.

Belarus Avropada qanunvericilik səviyyəsində cəza tədbiri kimi ölüm cəzasının təsbit edildiyi yeganə ölkədir.

Avropa İttifaqı dəfələrlə Minski ölüm hökmünü ləğv etməyə çağırıb.


 

# 2094
avatar

Oxşar yazılar