Məhkəmələrdə BOMBA TƏHLÜKƏSİ:  Polis axtarışlara başladı
13 avqust 2024 21:36 (UTC +04:00)

Məhkəmələrdə BOMBA TƏHLÜKƏSİ: Polis axtarışlara başladı

Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.

Lent.az xəbər verik ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

“Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, - məlumatda deyilir.

Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir. Digər təfərrüatlar açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar