Küveytdə anormal istilər son həddə çatıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu ölkədə hərarət kölgədə 53,3, günün altında 70 dərəcə qeydə alınıb.
Vəziyyət o həddə çatıb ki, yol kənarındakı maşınların faraları, habelə işıqforlar belə istidən əriyib.
Hökumət anormal istilər nəticəsində Küveytin bir neçə bölgəsində elektrik enerjisindən daha qənaətli istifadə etməyə, köhnə kondisionerləri dəyişdirməyə çağırıb.
Sevinc Nurəddinova