Koronavirus "həkim"i yaşlıları belə qarət etdi -  FOTO
09 aprel 2021 18:12 (UTC +04:00)

Koronavirus "həkim"i yaşlıları belə qarət etdi - FOTO

Türkiyədə karantində olan yaşlı cütlüyə özünü həkim kimi təqdim edən şəxs cinayət törədib.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, naməlum şəxs Toqat vilayətində koronavirusa yoluxan 77 yaşlı Əmir və 70 yaşlı Xədicə Şirin cütlüyünə həkim olduğunu deyərək onların evinə girib. Yaşlı kişinin iddiasına görə, o, pencəyin cibindən pulqabını götürərək yoxa çıxıb. Pulqabının içində 3000 lirə (təxminən 626 manat) olub.

Qeyd edək ki, oğru “həkim” yaşlı ərlə arvada onları ev şəraitində müalicə edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar