Kim Kardaşyan FANTASTİK QİYMƏTƏ  köhnə ev aldı - FOTO
21 may 2022 17:43 (UTC +04:00)

Kim Kardaşyan FANTASTİK QİYMƏTƏ köhnə ev aldı - FOTO

Kim Kardaşyan Hidden Hillsdəki mülkünü böyütməyə davam edir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur realiti-şou ulduzu uşaqları ilə birlikdə yaşadığı evə bitişik köhnəlmiş və quruluşu ilə seçilən mülkü 6,3 milyon dollara alıb.

1975-ci ildə tikilmiş ev təqribən 4200 kvadratmetr sahəni əhatə edir. Evdə dörd yataq otağı, 3 böyük və 1 kiçik vanna otağı var. Ev köhnə görünüşü ilə diqqət çəkir.

Əyri pilləkən və zərli dəmir məhəccərlərlə örtülmüş ikimərtəbəli ev güzgülü divarları ilə köhnəlmiş bəzək tərzini əks etdirir.

Evin böyük amma baxımsız həyəti var.

Adətən “Kardashian-Land” kimi tanınan Hidden Hills, Cenner-Kardashian-West sülaləsinin üzvlərinin sıx bağlı evlərini əhatə etməsi ilə məşhurdur.

Bu da Kim Kardaşyanın 6,3 milyon dollara aldığı yeni ev...


 

# 2319
avatar

Fidan İlqar

Oxşar yazılar