Keçmiş polis arvadını öldürüb meyitini parçaladı
19 fevral 2025 11:47 (UTC +04:00)

Keçmiş polis arvadını öldürüb meyitini parçaladı

İspaniyanın Las Palmas əyalətində keçmiş polis 2020-ci ildə arvadını öldürdüyünü və onu kiçik parçalara ayırdığını etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın 11-də 70 yaşlı Migel Qaleqo Pousad həyat yoldaşının itkin düşməsi ilə bağlı növbəti dindirməyə çağırılıb. Dindirilmə zamanı kişi müstəntiqlərə 2020-ci ilin martında arvadı ilə şiddətli dava etdiyini deyib.

Onun sözlərinə görə, aralarındakı mübahisə davaya çevrilib, qadın yıxılaraq başı döşəməyə dəyib. Bundan sonra özünə gəlməyib, ona görə də kişi cəsəddən qurtulmağa çalışıb. O, qalıqları xırda-xırda doğrayaraq çantalara yığıb.

Bir neçə gündən sonra keçmiş polis paketləri kürək çantasına qoyub Qran Kanariya adasının müxtəlif yerlərinə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sümüklərin bir hissəsini ticarət mərkəzlərindən birinin yaxınlığında aşkar ediblər.

Polisin həyat yoldaşının 59 yaşı olub və aşpaz işləyirmiş. Onların iki qızı var idi. Qadın əvvəllər məişət zorakılığı halları barədə şikayət etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar

Tramp əmr etdi, ABŞ ordusu  hərəkətə keçdi

Tramp əmr etdi, ABŞ ordusu hərəkətə keçdi

15 mart 2025 , 23:00
5 yaşlı uşaq  parkda 87 yaşlı qadını öldürdü

5 yaşlı uşaq parkda 87 yaşlı qadını öldürdü

15 mart 2025 , 18:17
Ana və iki oğlu bıçaqla liseyə basqın etdilər

Ana və iki oğlu bıçaqla liseyə basqın etdilər

15 mart 2025 , 17:37
Saxta cərrah yüzə yaxın xəstəni şikəst etdi

Saxta cərrah yüzə yaxın xəstəni şikəst etdi

15 mart 2025 , 13:29
Nuhun gəmisi  bu ölkədə TAPILDI

Nuhun gəmisi bu ölkədə TAPILDI

15 mart 2025 , 11:55
Daha bir İŞİD lideri  öldürüldü

Daha bir İŞİD lideri öldürüldü

15 mart 2025 , 08:59
DİQQƏT : Bu şəxslər ABŞ-yə girə bilməyəcək

DİQQƏT: Bu şəxslər ABŞ-yə girə bilməyəcək

15 mart 2025 , 06:56
Trampdan ETİRAF  - Ukraynadakı münaqişəni 24 saata həll etməyim sarkazm idi

Trampdan ETİRAF - Ukraynadakı münaqişəni 24 saata həll etməyim sarkazm idi

15 mart 2025 , 05:14