İstanbulun Avcılar rayonunda plastik emalı zavodunda yanğın baş verib.
Lent.az xəbər verir ki, həddindən artıq böyük olması səbəbilə yanğın yerinə 20 müxtəlif rayondan yanğınsöndürmə briqadaları göndərilib.
Yanğınsöndürənlər yanğının obyektə bitişik olan yanacaqdoldurma məntəqəsinə və digər obyektlərə keçməsinin qarşısını alıblar.
Yanğının söndürüldüyü bildirilir.