İrəvandan canlı yayım açan  türk blogerə cinayət işi  açıldı
31 mart 2025 21:54 (UTC +04:00)

İrəvandan canlı yayım açan türk blogerə cinayət işi açıldı

Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başladılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.

Bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O həmçinin Azərbaycan torpağında olduğunu deyib.

Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar