Kim Çen In
12 may 2022 19:08 (UTC +04:00)

Kim Çen In

İctimaiyyət qarşısına ilk dəfə maskada çıxdı - VİDEO

Şimali Koreya lideri Kim Çen Inın d ilk dəfə tibbi maskada görüntülər yayımlanıb.

Lent.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Televiziyasının KXDR Fəhlə Partiyası  Mərkəzi Komitəsinin Siyasi Bürosunun mayın 12-də keçirilən iclasında dövlət başçısı tibbi maskada olub.

Şəkildən də göründüyü kimi, Kim Çen In sadə mavi-ağ tibbi maska taxıb. Lakin KXDR Mərkəzi Teleqraf Agentliyi Kimin maskasız şəklini dərc edib.

Bildirilib ki, sədr iclasda maskasını çıxarıb və masanın üstünə qoyub. 

Qeyd edək ki, Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkarlanıb. Mayın 8-də Pxenyan sakinlərindən analiz götürülüb.

İctimaiyyət qarşısına ilk dəfə maskada çıxdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456

Oxşar yazılar