2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib.
“Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”, - vəkil bildirib.
Məlumata görə, gəncin həbs olunmasına “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq özbaşına dağılışmamaq” səbəb olub.