Gizli eksperimentin qurbanı olan ÜÇƏMLƏR - Fantastik həyat hekayəsi...
03 sentyabr 2022 15:40 (UTC +04:00)

Gizli eksperimentin qurbanı olan ÜÇƏMLƏR - Fantastik həyat hekayəsi...

Bu hekayə hind filmlərinin ssenarisini xatırladır.

Lent.az xarici mətbuata istinadən körpəykən ayrı-ayrı insanlara övladlığa verilmiş üçəm qardaşların maraqlı həyat hekayəsini təqdim edir.

Təsəvvür edin ki, qəfil sizə oxşayan bir insanla qarşılaşırsınız. Və sonra başqa oxşar adamın olduğunu öyrənirsən və məlum olur ki, siz üç nəfərsiniz. Bu, olduqca fantastik görünür. Hadisə 1980-ci ildə ABŞ-da yaşayan 19 yaşlı Robert Şafranın başına gəlib.

1980-ci ildə 19 yaşlı Bobbi Şafran Nyu-Yorkda kollecə daxil olur. İlk dərs günü kimsəni tanımadığı üçün həyəcan keçirirdi, lakin kollecin həyətində hər kəs onu çoxdan tanıyırmış kimi qarşıladı. Hər kəs mehribanlıqla “ Ey Eddi, necəsən?”, deyir, salamlaşırdı. Bir qız hətta onun boynuna sarılıb dodaqlarından öpdü. Bobbi heyrət içindəydi. Oxuyacağı sinfə daxil olarkən, bir gənc oğlan ona yaxınlaşdı.

- Bura bax, sən Eddi deyilsən?
- Yox
- Əkizin var?
- Yox
- Övladlığa verilmisən?
- Hə
- O zaman  sənə bir xəbərim var. Sənin əkizin var. Eddi mənim dostumdur. Bayaqdan baxıram ki, hər şeyinlə çox bənzəsən də, özünü qəribə aparırsan. Gedək sizi tanış edim.

Eddi ilə Bobbinin 19 ildən sonra tapılması xəbəri tezliklə medianın da diqqətini çəkdi və əkiz qardaşların şəkilləri qəzetlərdə boy göstərdi.

Həmin gün bu şəkillərə baxan Devid qəzetdəki oğlanların eynilə özünə bənzədiyini görüb təəccüblənir və tərəddüd etmədən "New York Post" qəzetinə zəng edir. Qardaşların 2 yox,3 olduğu üzə çıxır.

Onların hamısı Eddigildə toplaşırlar. Eddi atalığı kimi çox mehiban insan idi və bundan sonra qardaşlar ayrılmırlar. Şöhrət onları varlandırır, Nyu- Yorkda “ Üçəmlər” adlı restoran açırlar və bir ildə 9 milyon qazanırlar. Eddinin atalığı uşaqların nə üçün bir-birlərindən ayrı salındığını öyrənmək üçün onları övladlığa vermiş Luiza Vays agentliyi ilə əlaqə saxlayır.

Oğlanlar analarını tapırlar. Lakin sərxoş həyat tərzi keçirən Xeydi Peyc oğlanları ilə görüşmək arzusunda olmur. 

Analıqlar bildiridilər ki, uşaqlar balaca olanda onların evinə həmin agentlikdən mütəxəssisilər gəlib, uşaqların emosional vəziyyətləri barədə sorğu-sual aparıblar. Heç demə, Luiza Vays agentliyi o zaman elmi mərkəzləridən birinin təşviqi ilə əkiz və üçəm uşaqları ayrı-ayrı valideynlərə övladlığıa verməklə eksperiment aparıb və müxtəlif həyat şərtləri altında insan xarakterinin necə formalaşmasını öyrənirmiş.

Üçəm qardaşlar haqqında sənədli film çəkildikdən sonra agentliyin şübhəli fəaliyyəti dərindən araşdırılıb.
Hazırda qardaşlardan ikisi sağıdır. Eddi 1995-ci ildə intihar edib. Onun ölümündən sonra digər iki qardaş bir birlərindən ayrılıb. Etiraf ediblər ki, onları bağlayan əsas bağ Eddi imiş.

Maraqlı fakt budur ki, hər üç qardaşın götürüldükləri ailədə 1 bacıları olub, onlar eyni stildə geyinməyi sevib, eyni tip qadınlarla evləniblər. Səsləri, hərəkət  və maneraları eynilik təşkil edib. Birisinə nəsə olanda digəri bunu hiss edib, həyəcanlanırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3359

Oxşar yazılar