Gənc qızın sevgilindən ayrılma səbəbi - zınqırov
27 yanvar 2023 07:43 (UTC +04:00)

Gənc qızın sevgilindən ayrılma səbəbi - zınqırov

Hadisə Belçikada baş verib. 

Lent.az-ın xəbərinə görə, gənc qız hər həftə sonu yaşadığı şəhərdə sevgilisi ilə restorana gedirmiş. Lakin ötən bazar oğlan qızı yaşadığı şəhərə dəvət edib və aləm qarışıb.

Cütlük restoranda əyləşdikdən sonra oğlan cibindən zınqırov çıxararaq yelləyib. Qız bunun səbəbini soruşduqda oğlan ofisiantı çağırdığını bildirib. Gənc qız buna qətiyyətlə etiraz edərək bunu ofisianta qarşı təhqir hesab edib. Oğlanın yalvarışına baxmayaraq gənc qız restoranı, şəhəri və nəhayət oğlanı tərk edib.

Sosial şəbəkə istifadəçiləri qıza haqq qazandırıb. 
 

# 2091
avatar

Oxşar yazılar