“Gəlin, milçəkdən fil düzəltməyək”  – Meymunçiçəyi ADİ HAL hesab edildi 
24 may 2022 19:26 (UTC +04:00)

“Gəlin, milçəkdən fil düzəltməyək” – Meymunçiçəyi ADİ HAL hesab edildi 

Mayın 7-dən bugünədək dünyanın 19 ölkəsində 131 insanda meymunçiçəyi aşkarlanıb, həmçinin, 106 şübhəli infeksiya daşıyıcısı təsdiqlənib. 

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

ÜST-ün Yüksək Narahatedici İnfeksiyalara Qlobal Hazırlıq üzrə direktoru Silvi Briand Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında çıxışında meymunçiçəyi xəstəliyinə nəzarəti gücləndirməyə çağırış edib: 

“Bu halların "aysberqin ucu" olub-olmaması, yoxsa ötürülmə zirvəsinin artıq keçib-keçməməsi hələ də bəlli deyil. Virusun mutasiyaya uğraması ehtimalı azdır, lakin onun ötürülməsi insan davranışındakı dəyişikliklə bağlı ola bilər, xüsusən də dünyada insanlar adi sosiallaşma yoluna qayıtdıqdan sonra COVID-19-la bağlı məhdudiyyətlərin aradan qaldırılması fonunda”.

Briand aşkar edilən yoluxma hallarının "normal olmadığını" söyləsə də, əlavə edib ki, meymunçiçəyi üçün peyvəndlər və müalicəsi var: 

“Müvafiq qorunma tədbirlərinə riayət edək. Gəlin, milçəkdən fil düzəltməyək”. 
 

# 2562
avatar

Rəsul SARI

Oxşar yazılar