Ermənistanda güclü partlayış  baş verdi--FOTO -VİDEO -YENİLƏNİB-2
07 iyun 2024 03:34 (UTC +04:00)

Ermənistanda güclü partlayış baş verdi--FOTO-VİDEO-YENİLƏNİB-2

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda yanğın söndürülüb. Yanğınsöndürənlər yeni partlayışın qarşısını almaq məqsədilə ərazidə soyutma işləri aparır.

***
00:23

Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
 



***
00.19


Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası fəaliyyət göstərir.

***
23:50

Ermənistanda İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib baş verib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazıra əraziyə Daxili İşlər Nazirliyinin xilasediciləri cəlb olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Oxşar yazılar