Əli Baba və Qırx quldur  – Fələstinlə Birləşmiş Ərəb Əmirlikləri arasında böyük qalmaqal 
11 iyun 2024 19:23 (UTC +04:00)

Əli Baba və Qırx quldur – Fələstinlə Birləşmiş Ərəb Əmirlikləri arasında böyük qalmaqal 

Biləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Fələstin Muxtariyyətı hakimiyyətini “Əli Baba və 40 quldur” filminin personajlarına bənzətdiyinə görə münaqişə yaranıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, iki mənbənin məlumatına görə, BƏƏ-nin xarici siyasət idarəsinin rəhbəri Fələstin rəhbərliyinin “Əli Baba və 40 quldur”u xatırlatdığını qeyd edərək, Fələstin Muxtariyyətinin “mənasız” olduğunu və buna görə də “birini digəri ilə əvəz etməyin eyni nəticəyə gətirib çıxaracağını” bildirib.

"Əgər real islahatlar görmürüksə, niyə Fələstin administrasiyasına yardım etməliyik?", - BƏƏ-nin naziri soruşub.

Buna cavab olaraq, Fələstin Muxtariyyətinin baş naziri Hüseyn əl-Şeyx BƏƏ nümayəndəsini söyərək, heç kimin islahatları necə aparmalı olduqlarını diktə etmək hüququna malik olmadığını iddia edib. Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud münaqişəni sakitləşdirməyə çalışıb, lakin hər iki tərəf artıq qəzəblənib və ittihamlar hər iki tərəfə səsləndirilib.

BƏƏ-nin xarici işlər naziri daha sonra otağı qəzəbli halda tərk edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Oxşar yazılar