Dünya əhalisinin sayı  8 milyardı ötdü
15 avqust 2022 09:40 (UTC +04:00)

Dünya əhalisinin sayı 8 milyardı ötdü

Avqustun 15-nə olan məlumata görə, Yer planetinin əhalisi 8,009 milyard nəfərdir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatı Countrymeters statistik xidməti təqdim edib.

Qeyd olunduğu kimi, dünyada kişilər qadınlara nisbətən üstünlük təşkil edir - 50,5 faizə qarşı 49,5 faiz.

Beləliklə, ən çox əhalisi olan ilk beş ölkə bunlardır:

• Çin - 1,456 milyard;

• Hindistan - 1,418 milyard;

• ABŞ - 336 milyon;

• İndoneziya - 281 milyon;

• Pakistan - 230 milyon.

Ekspertlər bildirirlər ki, 9,7-10 milyard nəfərlik dünya əhalisinin pik həddi 2050-ci illərin sonunda və ya 2070-ci ildə gözlənilir. Bundan sonra planetin əhalisi azalmağa başlayacaq.

# 1569
avatar

Oxşar yazılar