Dönərxanada atasını öldürdü - FOTO
23 aprel 2022 11:38 (UTC +04:00)

Dönərxanada atasını öldürdü - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 22-i saat 21 radələrində Antalya şəhəri Muratpaşa qəsəbəsində bir dönərxanada baş verib.

23 yaşlı M.A.Y burada olan atası 61 yaşlı Mehmet Fuat Saralın yanına pul istəməyə gəlib.

Lakin aralarında yaranan mübahisə zamanı oğul atasının başına mərmərlə vuraraq, onun həyatına son qoyub.

Daha sonra polisə xəbər verilməsin deyə, atasının yanında olan dönərxananın sahibi Cəmil.G-nın mobil telefonunu əlindən alaraq, sındırıb.

Yaxınlıqdakı obyekt sahiblərinin zəngi ilə hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlib. Qaçmağı bacaran 23 yaşlı oğul küçədə ayağıyalın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

M.A.Y-nın saxlanılması

Hadisə yeri

Dönərxanadan tapılan ayaqqabı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Mehman Nəbiyev

Oxşar yazılar