Oleksiy Reznikov
07 mart 2022 11:55 (UTC +04:00)

Oleksiy Reznikov

“CİDDİ İRƏLİLƏYİŞ VAR” - Ukraynanın müdafiə naziri

“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar”.

Lent.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində bildirib.

Nazir əlavə edib ki, Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür: “Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”.

Reznikovun sözlərinə görə, ruslar tərəfindən müvəqqəti ələ keçirilən bütün şəhər və kəndlər geri qaytarılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340

Oxşar yazılar