Bu vulkan 1 il sonra yenidən püskürdü-VİDEO
04 dekabr 2022 16:00 (UTC +04:00)

Bu vulkan 1 il sonra yenidən püskürdü-VİDEO

Bu gün səhər İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

Lent.az-ın xəbərinə görə, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

Vulkan 1,5 km yüksəkliyə kül püskürür. Vulkan püskürməsi ilə əlaqədar 95 nəfər evakuasiya edilib. Yerli sakinlərə vulkana 5 km-dən çox yaxınlaşmamaq tövsiyə olunub.

Qeyd edək ki, Semeru vulkanı 2021-ci ilin dekabrında da püskürüb, ölənlər olub.

İndoneziyada Semeru vulkanın püskürməsi

# 1752
avatar

Oxşar yazılar