Bu ölkənin prezidenti Putinlə  hokkey oynamayacaq
01 iyul 2022 02:15 (UTC +04:00)

Bu ölkənin prezidenti Putinlə hokkey oynamayacaq

Finlandiya Prezidenti Sauli Niinistö Rusiya Prezidenti Vladimir Putinlə hokkey oynamasından danışıb.

Lent.az “Vesti.ru”ya isitnadən xəbər verir ki, o, Vladimir Putini tərəfdaş hesab etmədiyini bəyan edib.

Ona Rusiya Prezidenti ilə 2012-ci ildə hokkey matçı zamanı çəkdirdiyi foto ilə bağlı sual verilib.

O, cavabında “2012-ci ildə mənim Rusiyaya ilk səfərim idi” deyib.

Finlandiya Prezidenti “La Repubblica” qəzetinin jurnalistinin "Putinlə yenidən hokkey oynayardınızmı?" sualına “Xeyr, bir daha oynamazdım” cavabını verib.

Eyni zamanda o, Rusiyanı tərəfdaş yox, sadəcə qonşu adlandırıb.

# 1467
avatar

Oxşar yazılar