Bu ölkənin lideri “WhatsApp”dan imtina etdi
06 avqust 2024 10:40 (UTC +04:00)

Bu ölkənin lideri “WhatsApp”dan imtina etdi

Venesuela lideri Nikolas Maduro tərəfdarlarının Karakasda keçirdiyi mitinqdə “WhatsApp” messencerindən həmişəlik istifadəni dayandıracağını, Telegram və “WeChat” xidmətlərinə keçəcəyini vəd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Maduronun sözlərinə görə, messencerdən Venesuelanı təhdid etmək üçün istifadə edildiyi üçün o, “WhatsApp”la əlaqələri kəsəcək. Prezident söz verib ki, o, “WhatsApp”ı telefonundan həmişəlik silərək, kontaktlarını tədricən Telegram və “WeChat”a keçirəcək.

Maduro vurğulayıb ki, “WhatsApp”da qorxaqcasına anonimlik arxasında gizlənən cinayətkarlar Venesuela gənclərini və respublikanın xalq liderlərini xaricdən təhdid edirlər. Prezident qeyd edib ki, vətənpərvər və inqilabçı gənclər anonimlik arxasında gizlənmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar