Bu ölkədə  əhalinin sayı   durmadan azalır - SƏBƏB
11 mart 2024 17:12 (UTC +04:00)

Bu ölkədə əhalinin sayı durmadan azalır - SƏBƏB

Yaponiyada ağır demoqrafik durum yaranıb.

Lent.az xatırladır ki, keçən il Yaponiyada doğulan uşaqların sayı ardıcıl 8-ci ildir ki, minimum səviyyəyə düşüb.

Ölkə hökuməti bu məlumatlardan narahatdır və yüksək vəzifəli məmurlar ölkə üçün növbəti 10 ildə bu tendensiyanın dəyişməsinin çox vacib olduğunu deyirlər.

Yaponiyanın Səhiyyə və Rifah Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ildə Yaponiyada 758 631 körpə doğulub ki, bu da əvvəlki illə müqayisədə 5,1% azdır. Bu, Yaponiyanın 1899-cu ildə statistika toplamağa başlamasından bəri ən aşağı doğum sayıdır.

Ötən il evliliklərin sayı 5,9% azalaraq 489 281 cüt olub və 90 ildə ilk dəfə yarım milyondan aşağı düşüb ki, bu da doğum nisbətinin azalmasının əsas səbəblərindən biridir. Yaponiyada paternalist ənənəyə əsaslanan ailə dəyərlərinə görə nikahdankənar doğuşlar isə nadirdir.

Sorğular göstərir ki, bir çox yapon gənci evlənmək və ya ailə qurmaq istəmir, zəif iş perspektivləri, maaşlardan daha sürətlə artan yüksək yaşam xərcləri və hər iki valideynin işləməsi ilə bir araya sığmayan korporativ mədəniyyət onları evlənmək və uşaq sahibi olmaq istəyindən soyudur. Ağlayan körpələr və çöldə oynayan uşaqlar getdikcə daha çox narahatçılıq kimi qəbul edilir və bir çox yeni valideynlər özlərini tez-tez təcrid olunmuş hiss etdiklərini söyləyirlər.

Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, doğum nisbətində davam edən azalma "kritik vəziyyətdədir".

“Gənc əhalinin sürətlə azalmağa başladığı 2030-cu illərə qədər yaxın 6 il və ya daha çox müddət bu tendensiyanı geri qaytarmaq üçün son şansımız olacaq. İtirməyə vaxt yoxdur”, - o deyib.

Baş nazir Fumio Kişida aşağı doğum nisbətini "Yaponiyanın üzləşdiyi ən böyük böhran" adlandırıb və əsasən doğum, uşaqlar və onların ailələri üçün artan dəstək və subsidiyaları əhatə edən tədbirlər paketi təklif edib.

Lakin ekspertlər deyirlər ki, hökumətin səylərinin effektiv olacağına şübhə edirlər, çünki indiyə qədər onlar artıq evli və ya uşaq sahibi olmağı planlaşdıran insanlara diqqət yetiriblər, eyni zamanda evlənmək istəməyən gənclərin sayının artmasına kifayət qədər diqqət yetirməyiblər.

Doğulanların sayı 50 il əvvəl 2,1 milyona çatdıqdan sonra azalmağa doğru gedir. İllik rəqəmin 760,000-dən aşağı düşməsi 2035-ci ilə qədər gözlənilsə də, bu neqativ prosesin daha sürətli baş verdiyi aydın olub.

125 milyondan çox olan Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30% azalaraq 87 milyon nəfərə çatacağı proqnozlaşdırılır, bu zaman hər 10 nəfərdən beşinin 65 və daha yuxarı yaş qrupunda olması planlaşdırılır.

Eyni zamanda, Yaponiya əsas geosiyasi rəqibi sayılan Çinlə mübarizə şəraitində ordusunu gücləndirməyə çalışdığı üçün əhalisinin azalması və qocalması onun iqtisadi və milli təhlükəsizlik maraqlarına ciddi təhdid yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4035
avatar

Vüqar İsmayılov

Oxşar yazılar