Bu kəndin  bütün kişilərini   Ukraynada döyüşməyə apardılar
25 sentyabr 2022 14:41 (UTC +04:00)

Bu kəndin bütün kişilərini Ukraynada döyüşməyə apardılar

Kemerovo vilayətinin Tyumenevo kəndində yaşayan bütün kişilər bir gündə səfərbər edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir gündə 59 nəfər səfərər edilib, onlar sentyabrın 26-da hərbi komissarlıqda olmalıdırlar. 

Novosibirsk sakini Daryanın jurnalistlərə bildirdiyinə görə, Tyumenovoda yaşayan qohumları ( kənddə ümumilikdə 100ə yaxın adam yaşayır) yaşlılardan başqa bütün kişilərə çağırış vərəqəsi gəlib. 

Qadın onu da iddia edir ki, xidmət etməyənlər, müvafiq maddə ilə ordudan tərxis olunanlar və 6 övladı olan kişi də səfərbərlik siyahısına düşüb.

# 4626
avatar

Oxşar yazılar