Türkiyədə daha bir qəribə boşanma hadisəsi olub.
Lent.az xəbər verir ki, xaricdə yaşayan gənc qız Türkiyəyə qayıdaraq, burada evlənib.
Lakin onların evliliklərində problemlər yaranmağa başlayıb. Qadın artıq get-gedə artan problemlərə tab gətirməyərək, məhkəməyə müraciət edib.
İddialarına görə, əri onu təhqir edir, maddi-mənəvi sıxıntılara məruz qoyur və iş yerinə gələrək dostlarının yanında alçaldır. Bu iddialarla qadın ərindən 150 min lirə (təxminən 15 min 780 manat) pul təzminatı istəyib.
Bununla yanaşı ər də məhkəməyə eyni iddialarla müarciət edib. O da qeyd edib ki, həyat yoldaşı onu təhqir edir və yaranan problemləri həll etmək əvəzinə hüquq-mühafizə orqanlarına üz tutur. Kişi isə bu iddiaları ilə arvadından 325 min lirə (təxminən 34 min 190 manat) maddi və mənəvi pul təzminatı tələb edib.
Birinci instansiya məhkəməsi şikayətçilərin iddialarını dinlədikdən sonra kişini haqlı çıxarıb. Lakin apelyasiya məhkəməsi qadına haqq verib.
Məhkəmə qərara gəlib ki, ər-arvad bir-birlərini aşağılayır və alçaldırsa, bu boşanmağa səbəb olur: Bu durumda iddiaçı haqlıdır və onun boşanma iddiası təmin olunur".