Hindistanda bəbir evin damında yatan qadını parçalayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Uttar Pradeş ştatında, Ayodhyapurva kəndində baş verib.
48 yaşlı Zahirə uşaqları ilə açıq damda yatırmış. Qəfil yırtıcı peyda olaraq, qadına hücum edib.
Zahirə və heyvan evin damından yıxılıb. Uşaqlar hay-küy salıb qonşuları köməyə çağırıblar. Bəbir qaçsa da, qadını xilas etmək mümkün olmayıb. O, qanaxmadan ölüb.
Hadisədən sonra yerli hakimiyyət mərhumun ailəsinə təcili təzminat olaraq on min rupi (təxminən 199 manat) ödəyib.