Azərbaycanlı restoran sahibi “Z” hərfinə qənim kəsildi:  - FOTO
29 aprel 2022 19:44 (UTC +04:00)

Azərbaycanlı restoran sahibi “Z” hərfinə qənim kəsildi: - FOTO

Ukraynanın Odessa vilayəti, Rumıniya ilə sərhəd İzmail şəhərində əslən Gəncədən olan sahibkar Eldəniz Paşayev maraqlı jest edib.

Lent.az-ın məlumatına görə, o, sahibi olduğu  "Zeytun" otel, restoran, diskoteka kompleksinin adındakı “Z” hərfinn üstündən xətt çəkib.

Daha sonra isə Ukrayna bayrağının rənglərinə boyanmış kiril əlifbasının “З” hərfini əlavə edib.  O, bunu Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə etiraz olaraq etdiyini bildirib. 

Xatırladaq ki, "Z" hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı rus ordusunun texnikalarında, hərbçilərin formalarında, ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar. "Z"nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr yaranıb. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3870
avatar

Sevinc Fərid

Oxşar yazılar