Ukraynada yaşayan azərbaycanlı iş adamı Oktay Əfəndiyev Kiyev vilayətində müharibədən zərərçəkmişlərə növbəti yardım edib.
Lent.az-ın məlumatına görə, vilayətin Buza və Dmitrovka qəsəbə sakinlərinə 6 ton ərzaq göndərilib.
“Biz bundan sonra da Ukrayna xalqının ağır günlərində əlimizdən gələn köməyi əsirgəməyəcəyik” deyə o bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Oqtay Əfəndiyev Ukrayna ordusuna 3 milyon qrivna məbləğində yardım etmişdi.
İş adamı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədridir.