Türkiyəli jurnalist və "Taliban" rəsmisi 
23 sentyabr 2021 17:48 (UTC +04:00)

Türkiyəli jurnalist və "Taliban" rəsmisi 

Atatürkü tanımayan "Taliban"ın türk komandiri: "Qanımız və canımızdır..."

“Taliban” ordusunun Kabil, Kapisa, Pənçşir və Pərvan bölgələri üzrə komandiri Kari Selahəddin el-Eyyubi türkiyəli jurnalistə maraqlı açıqlamalar verib.

Lent.az yerli mətbuata istinadən bildirir ki, komandir onlarla heç kimin, hətta İŞİD-in də mübarizə apara bilməyəcəyini vurğulayıb:

Türkiyəli jurnalist və "Taliban" rəsmisi 

“İŞİD ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi bir layihə idi və son vaxtlar artıq onların gücü tükənib. Mücahid olaraq onları tamamilə məhv etdik. Bu layihənin Əfqanıstanda başa çatdığını asanlıqla deyə bilərəm. Heç kim bizə qarşı üsyan edə bilməz. 20 ildir ki, burada mübarizə aparırıq. Əl-Qaidə qrupunun burada olduğunu söyləməyin. Əvvəlki dövlətin dövründə var idi, amma indi geri çəkildi. Qonşularımıza da deyə bilərik: İŞİD və Əl-Qaidə ilə rahat olsunlar, indi biz İslam Əmirliyi olaraq təhlükəsizliyi təmin edirik. Sərhədlərimiz kommersiya baxımından açıqdır, gəlib ticarət edə bilərlər. Qonşu ölkələrə müdaxilə etmirik və etməyəcəyimizə söz veririk. Onların bizə zrər verəcək şəkildə müdaxilə etmələrini istəmirik. 11 sentyabr hücumlarının bizimlə heç bir əlaqəsi yox idi. Bu ABŞ-ın  öz “layihəsi”dir”.

Kari Selahəddin el-Eyyubi Türkiyə ilə münasibətlərə də aydınlıq gətirib:

“Hər şeydən əvvəl türk olduğum üçün özümü xoşbəxt hiss edirəm. Türkiyənin Əfqanıstanın yanında olmasını istəyirik. Əfqanıstan xalqı çox əziyyət çəkdi, çoxlu şəhid verdi, tükəndi. Hər evdə yetimlər var. İqtisadi problemlərimiz də çoxdur. Hər yerə bombalı hücumlar edirlər. Yeganə ümidimiz Türkiyənin Əfqanıstanın yanında olmasıdır. Türklərin yaşadığı şimal bölgələrinə əhəmiyyət vermələrini istəyirik. İki ölkə arasındakı münasibətləri pozmaq istəyənlər var. Onların sözləri nəzərə alınmamalıdır. Türkiyədən Əfqanıstana dostluq gözləyirik. Diplomatik olaraq yaxın olmasını və İslam Əmirliyinə dəstək olmasını istəyirik. Türkiyəni qanımız və canımızla görürük”.

"Taliban" üzvləri 

Bundan əlavə “Taliban” rəsmisi bildirir ki, Atatürk haqqında heç bir məlumatı yoxdur:

 “Amma ümid edirəm ki, gələcəkdə onun haqqında oxuyub, öyrənəcəm. İslam Əmirliyində  türklərin sayı heç də az deyil. Təxminən 31-33 min türk əsgəri var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6744

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15