Atasını maşının yük yerinə salıb DİRİ-DİRİ YANDIRDI
05 may 2022 19:31 (UTC +04:00)

Atasını maşının yük yerinə salıb DİRİ-DİRİ YANDIRDI

Rusiyanın Verxnaya Pışma şəhərində gənc oğlan atasını diri-diri yandırıb.

Lent.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Oğul cinayət hadisəsini Mayakovski küçəsində dostları ilə birlikdə törədib. Axşam saatlarında kişini döyərək zorla “Lada” markalı avtomobilin yük yerinə salıblar. Sonra avtomobilin üzərinə yanacaq tökərək alışdırıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanın cəsədini yük yerində yanmış vəziyyətdə tapıb. Bundan sonra polislər şübhəliləri saxlayıblar. Gənclərdən ikisi Permdə, biri Verxnaya Pışmada, biri isə Yekaterinburqda ələ keçib.

Mərhumun oğlu ifadəsində bildirib ki, uşaqlıqdan atası tərəfindən aşağılayıcı təhqirlərə məruz qaldığından qisas alıb.

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862

Oxşar yazılar