Anbar tikintisi zamanı fəhlə BETON PLİTƏNİN ALTINDA QALDI
08 fevral 2022 19:10 (UTC +04:00)

Anbar tikintisi zamanı fəhlə BETON PLİTƏNİN ALTINDA QALDI

0

Rusiyanın Nijni Novqorod vilayətində dəhşətli faciə baş verib. 

Lent.az regional İstintaq Komitəsinin məlumatına istinadən xəbər verir ki, Kstovski rayonunun Sadovski kəndində mebel fabrikinin istehsalat anbarlarının tikintisi zamanı 2-ci mərtəbədən ağır tonajlı beton plitə fəhlənin üzərinə aşıb.

44 yaşlı işçi hadisə yerində dünyasını dəyişib.

Onun tikinti podratçısı işlədiyi məlum olub. Müstəntiqlər lazımi texniki sənədləri toplayaraq hadisə şahidlərinin izahatı alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2064

Oxşar yazılar