Rusiyanın mərkəzi telekanallarında İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəyə həsr olunmuş dünənki bayram tədbirləri bir sıra maraqlı hadisələrlə yadda qalıb.
Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto və videolar yayılıb.
Belə ki, Birinci Kanalda “Tarixin dərsləri” adlı bayram konserti zamanı iştirakçıların çıxışı zamanı səhnədəki fonda veteranların fotoşəkillərinin nümayişi zamanı amerikalı bank qarətçiləri, qatillər Bonni Parkerlə Klayd Barrounun təsviri əks olunub.
Qeyd edək ki, Bonni Parkerlə Klayd Barrou ilə bağlı ABŞ-ın cinayət tarixindən bəhs edən bir çox filmlər çəkilib, mahnılar bəstələnib.