Aeroportda 2 təyyarə toqquşdu
10 iyun 2023 08:22 (UTC +04:00)

Aeroportda 2 təyyarə toqquşdu

Yaponiya paytaxtı Tokionun Haneda beynəlxalq hava limanında 2 təyyarə toqquşub.

APA xəbər verir ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qəzanın təyyarələrin uçuş zolağına doğru hərəkət zamanı baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanlar və maddi zərər barədə hələ məlumat yoxdur.

Qəza hava limanında bəzi uçuşların gecikməsinə səbəb olub.

# 1389
avatar

Oxşar yazılar