ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) 7 bal gücündə zəlzələdən sonra Kaliforniya sahillərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aid edilib.
***
23:14
ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.