ABŞ-da son seçkilər haqda ilkin HESABAT: “Rəqabət şəraitində keçib, amma…”
05 noyabr 2020 15:03 (UTC +04:00)

 ABŞ-da son seçkilər haqda ilkin HESABAT: “Rəqabət şəraitində keçib, amma…”

Birləşmiş Ştatlarda keçirilən  prezident seçkiləri Covid-19 pandemiyasının  yaratdığı problemlərə baxmayaraq, ümumən yaxşı və güclü rəqabət şəraitində keçib.
Lent.az-ın məlumatına görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (ATƏT PA) tərəfindən birgə həyata keçirilən müşahidə missiyası belə qənaətə gəlib.

Amma bununla yanaşı,  hesabatda qeyd olunur ki, bu seçkilərdə hüquqi qeyri-müəyyənlik və  xalqın etimadının sarsılmasına yönəlmiş cəhdlər qeydə alınıb - seçki kampaniyası sistemli saxtakarlıqlarla bağlı əsassız iddialar və debatlara kölgə salan dərin siyasi qütbləşmə ilə səciyyələnib.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri və xüsusi koordinatoru Maykl Corc Link hesab edir ki,  D. Trampın sistemli  çatışmazlıqlar barədə iddiaları xalqın demokratik qurumlara olan inamına zərər verir.

Hesabatda həmçinin qeyd olunur ki, pandemiya şəraitində səsvermə prosedurlarını tənzimləmək üçün dövlət səviyyəsində səylərə baxmayaraq, çatışmazlıqlar da müşahidə olunub.  Əsasən, respublikaçılar prosesin nizamlanmasına mane olmağa cəhd göstəriblər. Seçkinin pozulmaması üçün görülən tədbirlər bəzi hallarda, seçiciləri çaşdıran məhkəmə proseslərinə səbəb olub ki, bu da seçki idarəsinin işinə mənfi təsir göstərib.
 
Xatırladaq ki, seçkilərə bir neçə ay qalmış səsvermə proseslərilə bağlı görünməmiş məhkəmə çəkişməsi olmuş, 44 əyalətdə 400-dən çox iddia qaldırıldmışdı. Hələ də davam edən bu məhkəmə çəkişmələrindən qaynaqlanan qeyri-müəyyənliklər əksər seçicilər və seçki administrasiyası məmurlarına problemlər yaratmışdı. 

Hesabatda qeyd olunur ki, təqribən 5.2 milyon vətəndaş barələrində çıxarılmış cinayət hökmü səbəbindən səsvermə hüququndan məhrum olublar. Baxmayaraq ki, onların təxminən yarısı artıq cəzalarını çəkiblər. Bundan başqa, bəzi yoxsul və etnik azlıqlardan olan seçicilərin şəxsiyyətinin müəyyənləşdirilməsi tələbləri onların səs  verməsinə əngəllər yaradıb. Bu məhdudiyyətlər ümumi səsvermə prinsipinə ziddir.


Hesabatda seçki kampaniyasının maliyyələşdirməsi ilə bağlı narahatlıqlardan da bəhs olunur. Göstərilir ki, bu prosedur federal səviyyədə tənzimlənsə də, şəffaflıq tam təmin olunmayıb. Ümumilikdə seçkilərdə xərclənən vəsaitin 14 milyard dollara çatacağı təxmin edilir.

Seçicilərin məlumatlandırılması, səsvermə prosesilə bağlı informasiyanın azad yayılmasının təmin olunması məsələsinə gəlincə, hesabatda seçki öncəsi söz azadlığına hörmət müşahidə edildiyi bildirilir. 

Qeyd edək ki, ABŞ-da prezident seçkilərini 39 ölkədən 102 müşahidəçi, DTİHB-in 50 eksperti və ATƏT PA-nın 52 millət vəkili müşahidə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1402

Oxşar yazılar

Subay kişilərin  heyvanxanaya girişinə qadağa qoyuldu

Subay kişilərin heyvanxanaya girişinə qadağa qoyuldu

13 fevral 2025 , 14:17
Ata yeni doğulan körpəsini torbaya qoyub küçəyə atdı - HADİSƏ ANI

Ata yeni doğulan körpəsini torbaya qoyub küçəyə atdı - HADİSƏ ANI

13 fevral 2025 , 13:36
Ana 3 qızını öldürüb intihar etdi

Ana 3 qızını öldürüb intihar etdi

13 fevral 2025 , 13:09
Mask Ağ Evdə yatır

Mask Ağ Evdə yatır

13 fevral 2025 , 07:46
Fransada partlayış:  çox sayda yaralı var

Fransada partlayış: çox sayda yaralı var

13 fevral 2025 , 06:58
Tramp Putinlə bu ölkədə  görüşmək istəyir

Tramp Putinlə bu ölkədə görüşmək istəyir

13 fevral 2025 , 03:43
Tramp Zelenski ilə nədən danışıb? -YENİLƏNİB

Tramp Zelenski ilə nədən danışıb? -YENİLƏNİB

12 fevral 2025 , 22:36
Tramp-Putin danışığının DETALLARI AÇIQLANDI

Tramp-Putin danışığının DETALLARI AÇIQLANDI

12 fevral 2025 , 21:51