41 yaşlı almaniyalı deputat  Rusiyaya qaçdı
10 iyun 2024 00:00 (UTC +04:00)

41 yaşlı almaniyalı deputat Rusiyaya qaçdı

Almaniyanın Hamburqdan olan deputatı Olqa Petersen 4 uşağını da götürüb Rusiyaya qaçıb.

Lent.az xəbər verir ki, "Biz kabusda yaşayırıq" deyə açıqlama verən almaniyalı sağçı deputat Petersen 4 uşağı ilə birlikdə Rusiyaya sığınıb.

Deputat mətbuata qarşı zorakılıqdan şikayətlənir və hakimiyyətin uşaqları ailədən uzaqlaşdırmağa çalışacağından qorxur.

Rusiyada artıq qadına sənədləşmə və işlə təmin olunacağına söz verilib. Deputat məktəblərdə cinsi təhsil və ekoloji gündəmə qarşı çıxıb, həmçinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərini demokratik və azad adlandırıb.

Almaniyanın “Bild” qəzeti isə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan Hamburq parlamentinin üzvü 41 yaşlı Olqa Petersenin övladlarının gələcəyindən və “Putinə heyranlığına görə” təqiblərdən qorxaraq ölkədən qaçdığını yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889
avatar

Oxşar yazılar