Namibiyada 4 uşaq boğularaq ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Zambezi bölgəsinin Katima Mulilo qəsəbəsində baş verib. 4 uşaq oyun oynayarkən istifadə olunmayan soyuducunun içinə düşüblər. Uşaqlar buradan özləri xilas ola bilməyiblər.
Təxminən 1 saat soyuducuda qalan uşaqlardan ikisinin meyiti tapılıb. İkisi isə xəstəxanada ölüb.
İlkin ehtimal uşaqların oyun zamanı ehtiyatsızlıqdan soyuducuya düşməsi və orada boğulmasıdır.
Ancaq onların ölüm şəraitinin dəqiqləşdirilməsi üçün araşdırma aparılır.