Sosial şəbəkələrin birində "İt Valideyni" adlı bir qadın istifadəçinin Şanlıurfada itlərin sığınacağında quduzluq karantinində olan 35 itin qaçırılıb Ankaraya apardığı haqda məlumat paylaşılıb.
Lent.az xəbər verir ki, həmin paylaşımdan sonra Ankara valiliyi həyəcan təbili çalaraq dərhal aidiyyatı qurumları vəzifələndirib.
Valilikdən verilən məlumata görə itləri Ankaraya gətirən şəxslər polis tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində yeri müəyyən edilən heyvanlar isə baytar həkimlər tərəfindən nəzarətə götürülüb