200 kəsiri olan tələbəni məhkəməyə verdilər
21 may 2022 09:44 (UTC +04:00)

200 kəsiri olan tələbəni məhkəməyə verdilər

Boliviyanın Universitetlər Konfederasiyasının 52 yaşlı sədri 33 ildir tələbə statusu daşıyır.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, o, çox sayda fakültədə pusuz təhsil alsa da, diplom əldə etməyib. Təbii ki, bu da məqsədlidir.

1989-cu ildən həmkarlar təşkilatının sədri olan Maks Mendozanın 200-dən çox kəsiri var. O, vəzifəsinə görə ayda təxminən 3100 dollar maaş alır. Diplom alacağı təqdirdə bu pul və  əldən çıxacaq. 

Lakin bu yalanın da sonu gəlir. Bu günlərdə polislə tələbələr arasında baş vermiş qarşıdurmada 70 nəfər xəsarət alıb. Deputatlar bu fakta görə Mendozanın məsuliyyət daşıdığını önə sürərərk prokurorluğa şikayət ediblər.

# 1752
avatar

Oxşar yazılar