20-ci əsrin ən məşhur casusu  öldü
22 mart 2025 18:26 (UTC +04:00)

20-ci əsrin ən məşhur casusu öldü

20-ci əsrin ən məşhur casuslarından biri Oleq Qordiyevski Böyük Britaniyada vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Böyük Britaniyaya qaçan keçmiş KQB agentinin 87 yaşı var idi. Ölümün səbəbləri barədə məlumat verilmir.

Qordiyevski 1962-ci ildən DTK-da çalışaraq polkovnik rütbəsinə qədər yüksəlib. O, 1985-ci ildə Danimarka və Böyük Britaniyada Sovet rezidenturalarında çalışıb. MI6 tərəfindən işə götürülüb. 1985-ci ilin iyulunda SSRİ-dən qaçıb. Vətənə xəyanətə görə qiyabi ölüm cəzasına məhkum edilib.

2007-ci ilin iyununda o, Birləşmiş Krallığın təhlükəsizliyinə xidmətlərinə görə Müqəddəs Maykl və Müqəddəs Georgi ordeninin yoldaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar