17 yaşlı ər  16 yaşlı arvadını   öldürdü
16 iyul 2021 17:29 (UTC +04:00)

17 yaşlı ər 16 yaşlı arvadını öldürdü

Türkiyənin Balıkesir şəhərində ər arvadını öldürüb.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, 17 yaşlı S.Y, dini nikahlı 16 yaşlı arvadı M.A.nı ailə münaqişəsi zəminində bıçaqlayıb. O, sonra hadisə yerindən qaçıb. M.A. şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Qatil əri isə hüquq-mühafizə orqanları əməkdaşları saxlayıb.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Qətlə yetirilən qadın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Mehman Nəbiyev

Oxşar yazılar