10 yaşlı hindistanlı qız ad günü tortundan zəhərlənərək aytıb və oyanmayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Pəncabdan olan Manvi adlı qız martın 24-də ailəsi ilə birlikdə ad gününü qeyd edib. Şənlik münasibətilə qızın qohumları çörək sexinin saytından şokoladlı tort sifariş ediblər. Qonaqların hamısı desert yeyiblər və bir neçə saat sonra özünü pis hiss ediblər.
Tezliklə Manvi və onun kiçik bacısı qusmağa başlayıb. Doğum günü qızı həddindən artıq susuzluqdan şikayətlənib və su istəyib, bundan sonra yuxuya gedib. Ertəsi gün səhər qızın vəziyyəti pisləşib və xəstəxanaya aparılıb. Manvi müayinə olunub, amma getdikcə zəifləyib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Manvinin ailəsi faciəyə çörək sexindən sifariş edilən tortun səbəb olduğunu iddia edir. Yaxınları onun tərkibində hansısa zəhərli maddə olduğunu güman edib və çörək sexinin sahibinə qarşı polisə şikayət edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.