NATO Əfqanıstana əlavə qüvvə göndərir
17 oktyabr 2009 10:00 (UTC +04:00)

NATO Əfqanıstana əlavə qüvvə göndərir

40 min hərbçinin müharibə bölgəsinə yola salınması barədə qərar çıxarılacağı gözlənilir

NATO rəhbərliyi bu gün Əfqanıstanda hərbi qulluqçuların sayının artırılması məsələsinə baxacaq.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, NATO-nun Əfqanıstana 40 min əlavə hərbçi göndərməsi barədə qərar çıxaracağı gözlənilir.

Hazırda Əfqanıstanda ABŞ-ın 65 min, NATO-nun digər ölkələrinin və müttəfiq dövlətlərin 40 min hərbçisi var. Əfqanıstandakı NATO qüvvələrinin komandanı general Stenli MakKristal dəfələrlə alyans rəhbərliyindən əlavə qüvvə ilə bağlı xahiş edib. O, ən azı 40 min hərbçinin də onun ixtiyarına verilməsini zəruri sayır.

General öz xahişini ABŞ prezidenti Barak Obamaya da çatdırıb. ABŞ administrasiyası artıq bu xahişə baxdığını bəyanlayıb. Son qərarı prezident Barak Obama verəcək. NATO rəhbərliyi də bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır.

Qeyd edək ki, NATO qüvvələri Əfqanıstanda vəziyyətə nəzarət etməkdə çətinlik çəkirlər. Ancaq ABŞ və Avropa ictimaiyyəti bu ölkədə hərbi qüvvələrin sayının artırılmasına mənfi yanaşır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45